наверх

Ukraynada qarşıdurmada azərbaycanlı itkin düşdü

Atışma və partlayışlardan sonra onunla əlaqə kəsilib”. short-news-img
Ukraynanın paytaxtı Kiyev şəhərində baş verən hadisələr zamanı bir azərbaycanlı itkin düşüb.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) sədri Rövşən Tağıyevin bildirdiyinə görə, həmin şəxs əslən Bakının Hövsan qəsəbəsindən olan, 1987-ci il təvəllüdlü Ukrayna vətəndaşı Mustafayev Teymur Əli oğludur.
R.Tağıyev bildirib ki, Teymurun ailəsi Kiyevdə yaşasa da, özü Ukraynanın Volın vilayətinin Turçin şəhərində yaşayır:
“Fevralın 19-da Turçindən Kiyevə anasının yanına gəlib və axşam saatlarında evdən çıxarkən anasına Maydana getdiyini, Kiyevə də elə bu məqsədlə gəldiyini bildirib.
Həmin gecə səhərə qədər evə gəlməyib və fevralın 20-də səhər Maydanda baş verən atışma və partlayışlardan sonra onunla əlaqə kəsilib, mobil telefonu söndürülüb və yaxın dost-tanışından da heç kimin artıq onu görmədiyi bildirilib”.
R.Tağıyev T.Mustafayevin tapılması üçün Daxili İşlər Nazirliyinə, Ukrayna Təhlükəsizlik Xidmətinə, ərazi üzrə yerli milis bölmələrinə, o cümlədən müxalifətin Maydandakı qərargahına müraciət olunduğunu söyləyib.
www.oxu.az

Sevda Hüseynova

comment-author-img

Toghrul Sama

#1456

Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Praesent tincidunt malesuada sollicitudin.

comment-author-img

Mehman Huseynov

#1457

Aliquam id convallis massa. Fusce in diam facilisis, consequat nibh eu, placerat leo.

comment-author-img

Huseyn Aliyev

#1456

Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Praesent tincidunt malesuada sollicitudin.